Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > İşlənmiş telefon alanlar diqqətli olun! - Aldığınız telefon oğurluq ola bilər - VİDEO

İşlənmiş telefon alanlar diqqətli olun! - Aldığınız telefon oğurluq ola bilər - VİDEO


6-06-2017, 12:20. Yazar: Xeberaz
 
Mağazadan ikinci əl telefon alıb, qaynatasına hədiyyə edən şəxsin başına iş gəlib.
Telefon oğurluq olduğu üçün onu qaynatasının əlindən alıblar. Milli.Az bildirir ki, tragikomik hadisə paytaxtın Nəsimi rayonu metronun ''28-May'' stansiyası yaxınlığında olub. Paytaxt sakini İlqar Məmmədov həmin ərazidə telefon mağazlarından birindən 310 manata ikinci əl telefon alıb, qaynatasına hədiyyə edib.
İlqar Məmmədov dərhal telefonu və onun bir aylıq zəmanət kartını qaynatasından alaraq mağazaya gedib. Telefonu mağzaya verərək bildirb ki, həmin mobil cihaz oğurluqdur.
Məsələ ilə bağlı bir daha zərərçəkmişin özü ilə həmin mağazaya getdik. Mağaznın sahibi Cavid Mövsümov bildirdi ki, telefonu bir nəfərdən şəxsiyyət vəsiqəsinin sürəti ilə alıb satıblar. Onun oğurluq olmasından xəbərləri olmayıb.
Telefona verilən 1 aylıq zəmanət kartını isə mağza sahibi belə izzah etdi.
Hadisə ilə bağlı Dəmir Yolu Nəqliyyatında Polis idarəsində araşdırma aparılır. Vəkil Xəyal Bəşirov bildirdi ki, belə hallarda məsuliyyət mağazanın üzərindədir, müştəriyə pulunu qaytarmalıdır. Yəni zərərçəkmiş istintaqın yekununu gözləmədən, mağaza sahibini məhkəməyə verib dəymiş ziyanı ödətdirə bilər. /xezerxeber.az

 
 
Geri dön