Ana Sayfa > Karusel / İdman / M2 > I Avropa Oyunlarında bu gün daha bir idman növündə mübarizəyə start verilib.

I Avropa Oyunlarında bu gün daha bir idman növündə mübarizəyə start verilib.


24-06-2015, 18:18. Yazar: Xeberaz
I Avropa Oyunlarında bu gün daha bir idman növündə mübarizəyə start verilib.

Bakı-2015 I Avropa Oyunlarında bu gün daha bir idman növündə mübarizəyə start veriləcək.

Xeberaz.az -ın məlumatına görə, çimərlik futbolu üzrə komandalar ilk oyunlarına çıxacaqlar.

Açılış oyunu B qrupunda yer alan güclü İspaniya millisi ilə İtaliya yığması arasında baş tutacaq.

A qrupunda mübarizə aparacaq Azərbaycan yığması isə günün son matçında meydançaya çıxacaq. Komandamız saat 20:30-da Ukrayna ilə üz-üzə gələcək.

Qeyd edək ki, 8 komandanın qatıldığı yarış 2 qrup üzrə keçiriləcək və hər qrupda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar. Qrupları 3-cü və 4-cü pillədə başa vuracaq komandalar isə 5-ci yer uğrunda mübarizə aparacaqlar.


Çimərlik futbolu
24 iyun. I tur

A qrupu
17:30. Portuqaliya – İsveçrə
20:30. Ukrayna – Azərbaycan

B qrupu
İspaniya – İtaliya - 1:1, penaltilərlə 3:1
19:00. Macarıstan - Rusiya
Geri dön