Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > "Oğlumu döyüb, atıb hamama" - Qonşular arasında dava - VİDEO

"Oğlumu döyüb, atıb hamama" - Qonşular arasında dava - VİDEO


6-06-2017, 12:08. Yazar: Xeberaz
 
Paytaxtın Sabunçu rayonu ərazisində döyülmə hadisəsi qeydə alınıb.
Ərazidə məskunlaşan 42 yaşlı Vüqar Səfərovla qonşusu Cavid arasında yaranan mübahisə Vüqarın döyülməsi ilə nəticələnib.

Gülzar Səfərova - Zərərçəkənin anası: "Gördüm ki, küçədə 2 nəfərdilər, oğlumla birlikdə 3 nəfər danışırlar. Nə bilim belə şey olar? Görmədim, xəbərim olmadı. Saat 9 olanda hay düşdü ki, bəs belə bir iş var. Oğlumu döyüb, atıb hamama. "Avçarka"nı da açıb, qapının da dalını vurub. Düzgünün bilmirəm, onun da bir qananı gəlmir ki, balam, mənim oğlum sənə neyləmişdi?"

Ağır xəsarətlər alan Vüqar xəstəxanaya çatdırılıb. Yaralını müayinə edən həkimlər onun bədəninin müxtəlif nahiyələrində balta və küt alətlə yetirilmiş xəsarətlər aşkar ediblər.

İşin araşdırılmasına başlayan Sabunçu Rayon Polis İdarəsi əməkdaşları yaralının ifadəsini alıblar. Əməliyyatçılar hadisəni törətməkdə şübhəli bilinən şəxsi yaxalayaraq istintaqa təhvil vermək üçün çalışırlar.(arb)

 


Geri dön