Ana Sayfa > Karusel / Hadisə > Bakının mərkəzində olay: gənc oğlanın başına daş düşdü

Bakının mərkəzində olay: gənc oğlanın başına daş düşdü


6-06-2017, 12:04. Yazar: Xeberaz




Bakının mərkəzində bədbəxt hadisə baş verib.  Tarqovıy məhəllə adlalan ərazinin yaxınlığında - İstiqlaliyyət küçəsi 15 ünvanının qarşısında 1990-ci il təvəllüdlü Aydınov Vüsal Vahid oğlu yeriyərkən binanın yuxarı hissəsindən qopan daş onun başına düşüb.
 
O, qapalı kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti orta-ağırdır.





Geri dön