Ana Sayfa > Karusel / Siyasət / Dünya > London teraktı ilə bağlı yeni xəbər

London teraktı ilə bağlı yeni xəbər


5-06-2017, 22:15. Yazar: Xeberaz


Böyük Britaniya polisi iyunun 3-dən 4-ə keçən gecə Londonda terror hadisələri törədən 2 nəfərin adını açıqlayıb.
Teraktçılardan biri Pakistan əsilli İngiltərə vətəndaşı 27 yaşlı Quram Buttdur. Evlidir və bir uşaq atasıdr. O, bir neçə il idi ki, Londonun şərqində yerləşən Barkinq qəsəbəsində yaşayırdı.
Digər teraktçı isə 30 yaşlı Raşid Redouane adlı şəxsdir. Rəsmi şəxslər Redouanenin Mərakeş və Liviya mənşəli olduğunu qeyd ediblər.
Qeyd edək ki, baş verən teraktlarda 7 nəfər ölüb, 50-yə yaxın şəxs isə yaralanıb.
Geri dön