Ana Sayfa > Karusel / Siyasət / Dünya > Fətullah Gülən Türkiyə vətəndaşlığından çıxarılır

Fətullah Gülən Türkiyə vətəndaşlığından çıxarılır


5-06-2017, 15:04. Yazar: Xeberaz


Türkiyə Daxili İşlər Nazirliyi "Fətullahçı Terror Təşkilatı"nın (FETÖ) lideri Fətullah Gülən də daxil olmaqla, 130 nəfərin Türkiyə vətəndaşlığından məhrum edilməsinə qərar verib.

Xəbəraz.az apa-ya istinadən xəbər verir ki, bu barədə qərar “Resmi gazete”də dərc edilib.
Vətəndaşlıqdan məhrum edilənlər sırasında Xalqların Demokrat Partiyasının iki millət vəkili – Fayzal Sarıyıldız və Tuğba Hezer də var. Qərarda qeyd edilir ki, Türkiyə Cinayət Məcəlləsinə əsasən, xaricdə olan və haqlarında təhqiqat aparılan şəxslər vətəndaşlıqdan xaric olunmaları barədə qərarın elan olunmasından sonra 3 ay ərzində Türkiyəyə dönməzlərsə və rəsmi orqanlara müraciət etməzlərsə, vətəndaşlıqdan məhrum ediləcəklər.
Qeyd edək ki, F. Gülən 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdin təşkilində günahlandırılır. 
Geri dön