Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > Sumqayıt bu sürücüdən danışır: İstənilən yükü istənilən ünvana pulsuz daşıyır - VİDEO

Sumqayıt bu sürücüdən danışır: İstənilən yükü istənilən ünvana pulsuz daşıyır - VİDEO


4-06-2017, 22:02. Yazar: Xeberaz
 
İstənilən yükü istənilən ünvana pulsuz daşıyır. Hətta məsafəsindən asılı olmayaraq.
Sumqayıtlı sürücü Səxavət Məmmədov idarə etdiyi avtomobili ilə şəhid ailləri üçün pulsuz yük daşımaqla məşğuldur. O belə bir elanı yük maşının dörd bir tərəfinə yapışdırıb. Artıq 1 ilə yaxındır ki, bu xeyrxah missiyanı öz üzərinə götürən Səxavət Məmmədov ona müracət edənlərə yük daşıdığından qürur hissi keçirtdiyini deyir.
Sürücünün sözlərinə görə, o, şəhid ailələrinə pulsuz xidmət göstərdiyi üçün hətta maşın ustaları da ondan təmir pulu götürmür. Səxavətin bu addımı sakinlər tərəfindən müsbət qarşılanır.
Sumqayıtda Səxavət kimi şəhid ailələrinə pulsuz xidmət göstən bir neçə sürücünün olduğu bildirilir. /xezerxeber.az

 



Geri dön