Ana Sayfa > Karusel / Gündəm / Hadisə > SOCAR-ın kəmərində qəza: 53 min abonentin qazı kəsildi

SOCAR-ın kəmərində qəza: 53 min abonentin qazı kəsildi


4-06-2017, 13:57. Yazar: Xeberaz

Ötən gün axşam Gürcüstanda magistral qaz kəmərində baş vermiş qəza nəticəsində "SOCAR Georgia Gas" şirkətinin 53 min abonenti qazsız qalıb.
Qəza Acariyada baş verib, nəticədə Batumi şəhəri, habelə Xelvaçaursk bələdiyyəsi və Sarpi qəsəbəsi qazsız qalıb. Qəzanın su kəmərlərində aparılan təmir işləri zamanı baş verdiyi bildirilir. "SOCAR Georgia gas" şirkətinin Acariya üzrə nümayəndəsi deyib ki, təmir briqadası artıq qəzanın nəticələrini aradan qaldırmağa başlayıb və bu gün iyunun 4-də günün birinci yarısında qaz təchizatının qismən bərpa edilməsi planlaşdırılır




Geri dön