Ana Sayfa > Karusel / Gündəm / Hadisə / M2 / Ekskluziv > Şadlıq evlərinə kiflənmiş kolbasa satılıb Sumqayıtda

Şadlıq evlərinə kiflənmiş kolbasa satılıb Sumqayıtda


24-06-2015, 16:19. Yazar: Kenan

Şadlıq evlərinə kiflənmiş kolbasa satılıb Sumqayıtda

Xeberaz.az aldığı məlumata görə Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən daxil olmuş məlumat əsasında Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivində yerləşən, Kamil Sədyar oğlu Səfərəliyeva məxsus anbarda yoxlama aparılıb.

"Report"un Komitənin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, araşdırma zamanı məlum olub ki, adı çəkilən vətəndaş yararlılıq müddəti bitmiş, istehlaka yararsız, üzünü kif örtmüş kolbasa və ət məhsullarını alır, məhsulların üzərindəki kifi təmizləyərək, həmçinin istehsal və son istifadə tarixini pozaraq məhsulları yenidən Sumqayıt şəhərində yerləşən bəzi ictimai iaşə müəssisələrinə və şadlıq saraylarına satır. Yoxlama zamanı anbarda 2 085 kq yararlılıq müddəti bitmiş, istehlaka yararsız kolbasa və ət məhsulları aşkar edilib.
Yararlılıq müddəti bitmiş, istehlaka yararsız kolbasa və ət məhsullarının satışının və realizasiyasının dayandırılması barədə vətəndaşa tələbnamə təqdim olunub və məhsullardan nümunə götürülərək laboratoriyaya təqdim olunub.
Fakt üzrə araşdırmalar davam etdirilir.
Geri dön