Ana Sayfa > Karusel / İdman > Ramil Quliyev 2 rekordu yenilədi

Ramil Quliyev 2 rekordu yenilədi


3-06-2017, 20:21. Yazar: Xeberaz

Türkiyə millisinin şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyev növbəti uğuruna imza atıb.IV İslam Həmrəyliyi Oyunlarında 100 və 200 m məsafələrə qaçışda çempion titulunu qazanan həmyerlimiz İspaniyanın Xaen şəhərində keçirilən yarışda 2 rekordla 2 qızıl medala yiyələnib.
 
Belə ki, Quliyev Avropa Atletika Birliyinin təşkilatçılığı ilə baş tutan turnirdə 100 m məsafəni 10.16 saniyəyə qət edib. O, bununla da analoji yarışda qeydə alınmış yamaykalı Everton Klarkın rekordunu qırıb. Mərkəzi amerikalı bu məsafəni 10.17 saniyəyə qaçmışdı.
 
“Ay-ulduzlu” formanı geyinən Ramil 200 m məsafəyə qaçışda da adını turnirin tarixinə yazdırıb. 27 yaşlı atlet ilk yarışdan təxminən 1 saat sonra bu məsafəni 20.10 saniyəyə qaçıb. İdmançı bu dəfə İvan Qarsiyanın rekordunu yeniləyib. Kubalı 1996-cı ildə finiş xəttinə 20.44 saniyəyə çatmışdı. 


Geri dön