Ana Sayfa > Karusel / Gündəm > Bazar günü hava necə olacaq? - PROQNOZ

Bazar günü hava necə olacaq? - PROQNOZ


3-06-2017, 16:36. Yazar: Xeberaz



 
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 15-20° isti, gündüz  25-30° isti, Bakıda gecə  18-20° isti, gündüz  28-30° isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 15-20° isti, gündüz  28-33° isti, dağlarda gecə 7-12° isti, gündüz 16-21° isti olacağı gözlənilir.    


Geri dön