Ana Sayfa > Karusel / Maraqlı / M2 / Fotogalereya > Maşında sevişmək, cins geyinmək... Ən qəribə qadağalar
Maşında sevişmək, cins geyinmək... Ən qəribə qadağalar24-06-2015, 15:57. Yazar: Kenan |
Dünyanın müxtəlif ölkələrində qəribə qadağalar tətbiq edilir. Xeberaz.az həmin qadağalardan bəzilərini təqdim edir: - Sinqapurda saqqız çeynəmənin cəzası 1992-ci ildən bəri həbsdir. Bunun tək istisnası nikotin saqqızlarıdır. Siqaret çəkən kişilər bu saqqızları həkim resepti ilə aptekdən ala bilər. - Səudiyyə Ərəbistanda qadınların avtomobil sürməsi qadağandır. - ABŞ-ın Kentucky əyalətində eyni kişi ilə 4 dəfə evlənib boşanmaq qadağandır. - Danimarkada bir restoranda yemək yediyinizdə tam olaraq doymayınca hesab ödəmək məcburiyyətində deyilsiniz. - Taylandda insanların alt paltarı geyinmədən evdən çıxması qadağandır. - İsveçrədə bazar günləri paltar asmaq qadağandır. - Yaponiyada kök olmaq qadağandır. Bir çox yapon da bu qadağaya riayət edir. - İtaliyada göyərçin yemləmək qadağandır. Qadağa ölkənin bəzi şəhərlərinə tətbiq olunur. Bu qanunun sərt şəkildə tətbiq olunduğu yer Venesiyadır. Bu qaydanı pozan şəxs 50-600 dollar arasında cərimələnir. - İsveçrədə saat 22.00-dan sonra tualetin sifonunu çəkmək qadağandır. - Türkmənistanda, paytaxtda foto çəkmək, qızıl diş taxdırmaq, evlilik öncəsi cinsi əlaqədə olmaq, opera və balet qadağandır. - Şimali Koreyada cins geyinmək qadağandır. - ABŞ-da Miçiqanda arabada sevişmək qadağandır. Ayrıca qadının saçı da qanunla ərinə aid sayılır. Mənbə: “Qafqazinfo” Geri dön |