Ana Sayfa > Karusel / İdman > “Real” Kardiffə iki Zidanla getdi

“Real” Kardiffə iki Zidanla getdi


2-06-2017, 21:23. Yazar: Xeberaz

“Real” Çempionlar Liqasının final matçının keçiriləcəyi Kardiff şəhərinə yollanıb. apasport.az saytı xəbər verir ki, həlledici görüşdə “Yuventus”la qarşılaşacaq “kral klubu” Uelsə 25 futbolçu ilə gedib.
 
Baş məşqçi Zinəddin Zidan siyahıya oğlu Enzo Zidanın da adını daxil edib. Bundan əlavə, zədəsini sağaldaraq, sıraya dönən Qaret Beyl və Daniel Karvahal da Kardiffə gedən heyətdə yer alıblar.
 
Qapıçılar: Keylor Navas, Kiko Kasilya, Ruben Yanes
Müdafiəçilər: Daniel Karvahal, Pepe, Serxio Ramos, Rafael Varan, Naço, Marselo, Fabio Koentrao, Danilo
Yarımmüdafiəçilər: Toni Kroos, Xames Rodriges, Kasemiro, Mateo Kovaçiç, Luka Modriç, Marko Asensio, İsko, Enzo Zidan
Hücumçular: Kriştianu Ronaldo, Kərim Benzema, Qaret Beyl, Lukas Vaskes, Mariano, Alvaro Morata


Geri dön