Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Nişanlısı ilə eyni taleyi yaşadı - Ayselin faciəsi...

Nişanlısı ilə eyni taleyi yaşadı - Ayselin faciəsi...


1-06-2017, 23:23. Yazar: Xeberaz
Nişanlısı ilə eyni taleyi yaşadı

Dünən günorta saatlarında Bakının Nərimanov rayonu ərazisində baş vermiş zəncirvari qəzada vəfat edən 32 yaşlı Aysel Quliyevanın fotoları yayılıb. 
"Xəbəraz.az" lent.az-a istinadən xəbər verir ki, "Hyundai Accent" markalı 10 NA 556 dövlət nömrə nişanlı avtomobillə gedərkən əks istiqamətdən gələn avtomobilin bardürü keçərək ona çırpılması nəticəsində vəfat edən 1985-ci il təvəllüdlü Quliyeva Aysel Ruslan qızı biologiya müəllimi olub. Bakıdakı məcburi köçkün məktəblərindən birində müəllimlik etməklə yanaşı, həm də dərs hissə müdiri olan A.Quliyeva işdən çıxıb evə gedirmiş. Maşınının benzini az olduğundan o, yanacaqdoldurma məntəqəsinə getmək qərarına gəlib və buna görə, yolunu Heydər Əliyev prospektindən salıb. Bu zaman Ağamirzə Heybətovun idarə etdiyi "Toyota" markalı, 99 RL 220 nömrəli avtomobil bardürü dağıdaraq yolun əks istiqamətinə keçib və A.Quliyevin sürdüyü "Hyundai" ilə 23 yaşlı Şəhriyar Ələsgərovun sürdüyü "Wolksfagen Passat" markalı, 90 CJ 620 nömrə nişanlı maşına çırpılıb. Nəticədə 32 yaşlı Aysel xəstəxanada vəfat edib. Ş.Ələsgərov ilə sərnişini isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
Bu arada məlum olub ki, Aysel Quliyeva bir neçə il əvvəl nişanlı olub və onun sevgilisi yol qəzasında vəfat edib. Həmin vaxtdan sonra gənc qadın ona gələn evlilik təkliflərini rədd edirmiş.
 
A.Quliyevanın bəzi fotolarını təqdim edirik.





Geri dön