Ana Sayfa > Karusel / İdman > Azərbaycanlı məşqçi Reynaldonu qovmaq istəyir

Azərbaycanlı məşqçi Reynaldonu qovmaq istəyir


1-06-2017, 22:03. Yazar: Xeberaz

“Qış transfer pəncərəsi” zamanı “Qarabağ”dan ayrılan və Türkiyəyə üz tutan Reynaldonun işləri yaxşı getmir. apasport.az saytı xəbər verir ki, “Adanaspor”la anlaşan braziliyalı oyunçu komandadan göndəriləcək.
 
Əldə etdiymiz məlumata görə, komandaya yenicə idman direktoru təyin olunmuş azərbaycanlı mütəxəssis Asim İbrahimov Reynaldo ilə birlikdə digər 8 braziliyalını da göndərməkdə qərarlıdı.
 
Klubda faktiki baş məşqçi vəzifəsini icra edəcək İbrahimov rəhbərliklə görüşündə Superliqada qala bilməyən və PTT I Liqada yarışacaq komandada bu qədər legionerə ehtiyac duymadığını bildirib. Klub rəhbərliyinin onun bu istəyini yerinə yetirəcəyi gözlənilir.
 
Qeyd edək ki, Reynaldo “Adanaspor”la 2.5 illik müqavilə imzalamışdı.


Geri dön