Ana Sayfa > Karusel / İdman > “Barselona” yeni baş məşqçisini təqdim etdi - FOTO

“Barselona” yeni baş məşqçisini təqdim etdi - FOTO


1-06-2017, 17:52. Yazar: Xeberaz

“Atletik”dən ayrılan Ernesto Valverde “Barselona”nın “sükanı arxası”na keçib. apasport.az saytı xəbər verir ki, Kataloniya klubu yeni baş məşqçisi ilə anlaşdığını rəsmən açıqlayıb.
 
Bu gün Valverdenin təqdimat mərasimi keçirilib. 53 yaşlı mütəxəssislə 2+1 şərti ilə müqavilə imzalanıb.
 
Qeyd edək ki, Valverde məşqçilik fəaliyyəti ərzində “Atletik”dən əlavə, “Espanyol”, “Olimpiakos”, “Vilyarreal” və “Valensiya” klublarını da çalışdırıb. 


Geri dön