Ana Sayfa > Karusel / Hadisə > Lənkəranda maşın velosipedçini vuraraq öldürdü

Lənkəranda maşın velosipedçini vuraraq öldürdü


1-06-2017, 08:59. Yazar: Xeberaz


Ələt-Astara magistralının Lənkəran rayonunun Gərmətük kəndi ərazisindən keçən hissəsində avtomobil tərəfindən vurulan velosipedçi dünyasını dəyişib.
 
Xəbəraz.az-ın “report”-a istinadən xəbərinə görə, sürücü tərəfindən xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.
 
Axşam saatlarında Ələt-Astara magistralının Lənkəran rayonunun Gərmətük kəndi ərazisindən keçən hissəsində "42-BP-277" dövlət qeydiyyat nişanlı "Volkswagen" markalı avtomobili idarə edən Kamran Hüseynov velosipeddə olan təqribən 25-26 yaşlı Xəlilov Zamin Aftandil oğlunu vurub.
 
Faktla bağlı araşdırma aparılır.





Geri dön