Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Baş Prokurorluqdan Əfqan Muxtarlı barədə AÇIQLAMA

Baş Prokurorluqdan Əfqan Muxtarlı barədə AÇIQLAMA


31-05-2017, 12:45. Yazar: Xeberaz

Baş Prokurorluq Əfqan Muxtarlının saxlanılmasına aydınlıq gətirib.
 Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov apa-ya bildirib ki, Ə. Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən Ə. Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb.
 
Hazırda başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. 




Geri dön