Ana Sayfa > Karusel / Gündəm > Güclü külək əsəcək

Güclü külək əsəcək


31-05-2017, 12:32. Yazar: Xeberaz


İyunun 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, şimşək çaxacağı ehtimalı var. Arabir şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz  20-25° isti, Bakıda gecə 16-18° isti, gündüz  23-25° isti olacaq.
 
Atmosfer təzyiqi 754 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək.   
Nisbi rütubət gecə 80-90 %, gündüz 55-65 % təşkil edəcək.
 
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz  23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.  
Geri dön