Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Əfqan Muxtarlı Gürcüstanda saxlanılaraq Azərbaycana gətirilib - YENİLƏNİB

Əfqan Muxtarlı Gürcüstanda saxlanılaraq Azərbaycana gətirilib - YENİLƏNİB


30-05-2017, 21:39. Yazar: Xeberaz


Vəkil Elçin Sadıqov Gürcüstanda saxlanılaraq Azərbaycana gətirilən jurnalist Əfqan Muxtarlı ilə görüşüb. apa-nın məlumatına görə, bu barədə vəkil özü jurnalistlərə bildirib. Vəkil deyib ki, Ə. Muxtarlıya qarşı CM-nin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə) və 206-cı (Qaçaqmalçılıq) maddələri  ilə ittiham irəli sürülüb.
 
Elçin Sadıqov bildirib ki, Ə. Muxtarlı Gürcüstanda saxlanılıb. 
 
***** 18.18
 
Ötən gün Tbilisidə saxlanılan jurnalist Əfqan Muxtarlı Azərbaycana gətirilib.
 
Bu barədə apa-ya məlumat verən vəkil Nemət Kərimli bildirib ki, onu Dövlət Sərhəd Xidmətinə gətiriblər. Vəkilin sözlərinə görə, Ə. Muxtarlı sabah məhkəmə qarşısına çıxarılacaq.
 
Onun hansı səbəbdən saxlanıldığı hələlik məlum deyil.
Geri dön