Ana Sayfa > Karusel / İdman > Totti qərar verdi: Karyeramı bitirmirəm

Totti qərar verdi: Karyeramı bitirmirəm


30-05-2017, 14:32. Yazar: Xeberaz

“Roma” ilə vidalaşan Françesko Tottinin karyerasını davam etdirib-etdirməyəcəyinə aydınlıq gəlib. apasport.az saytı “Football İtalia” nəşrinə istinadən xəbər verir ki, 41 yaşlı futbolçu butslarını mismardan asmağa tələsmir.
 
Belə ki, Totti ailəsi və dostlarının əhatəsində açıqlama verərək, növbəti mövsümdə də futbol oynayacağını istisna etməyib: “Fanatlara yazdığım məktubda bir punkt çatışmır. Karyeram hələ başa çatmayıb. Gələn mövsümdə oynamağa davam edəcəm, amma hansı klubda olacağımı hələ bilmirəm”.
 
Qeyd edək ki, 1992-2017-ci illər ərzində “Roma”nın formasını geyinmiş Totti “canavarlar”ın heyətində 786 oyunda 307 qola imza atıb. O, 1998-2006-cı illərdə şərəfini qoruduğu İtaliya yığmasında isə 58 matçda 9 dəfə fərqlənib. 


Geri dön