Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Moskvada qasırğa: 14 nəfər öldü, 150 nəfər xəstəxanalara yerləşdirildi - YENİLƏNİB

Moskvada qasırğa: 14 nəfər öldü, 150 nəfər xəstəxanalara yerləşdirildi - YENİLƏNİB


30-05-2017, 11:27. Yazar: Xeberaz

11:16
Moskvada güclü qasırğa nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb.
Rusiya Tədqiqat Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenkonun verdiyi məlumata görə, 11 nəfərin paytaxtda, 3 nəfərin isə Moskva vilyətində həlak olması barədə məlumat daxil olub.
Moskva Səhiyyə Departamentinin rəhbəri Aleksey Xripun isə hazırda tibb müəssisələrində 108 nəfərin, o cümlədən 20-dən çox uşağın olması barədə xəbər verib.
Qeyd edək ki, ötən gün Moskvada qasırğa olub. Rusiya paytaxtının bir çox küçələrində reklam qurğuları, ağaclar aşıb, şəxsi avtomobillərə zərər dəyib.
----------
10:12
Moskvada təqribən 150 nəfər qasırğa səbəbindən xəstəxanalara yerləşdirilib.
Moskva Səhiyyə Departamentinin rəhbəri Aleksey Xripun hazırda tibb müəssisələrində 108 nəfərin, o cümlədən 20-dən çox uşağın olduğunu deyib.
O, ümumilikdə 168 nəfərin tibbi yardıma müraciət etdiyini bildirib: "Təəssüf ki, Moskvada ölənlərin sayı 11 nəfərdir".
Qeyd edək ki, ötən gün Moskvada qasırğa olub. Rusiya paytaxtının bir çox küçələrində reklam qurğuları, ağaclar aşıb, şəxsi avtomobillərə zərər dəyib.(trend)



Geri dön