Ana Sayfa > Karusel / Maraqlı / M2 / Foto-fakt > Bakı-2015-ə həsr edilən qızıl iPhone buraxıldı – FOTO

Bakı-2015-ə həsr edilən qızıl iPhone buraxıldı – FOTO


24-06-2015, 14:25. Yazar: Xeberaz
Bakı-2015-ə həsr edilən qızıl iPhone buraxıldı – FOTO
Smartfonun korpusunda Oyunların loqotipi həkk olunub.

iPhone bazasında lüks klass smartfon istehsalçısı olan zərgərlik brendi Caviar İlk Avropa Oyunlarına həsr olunmuş eksklüziv Caviar Olympia smartfon kolleksiyasını buraxıb.

Xeberaz.az buro247.az-a istindla xəbər verir ki, smartfonun qızıl korpusunda Azərbaycanın ən tanınan simvolları olan od, su, simurq quşu, xalça və narı birləşdirən Oyunların loqotipi həkk olunub.

Şərq naxışı ilə incə həkk smartfonun nəfis və cəlbedici dizaynını tamamlayır.

Yeni Caviar Olympia modeli özündə dünyada ən yaxşı smartfonun yüksək texnologiyalarını və nəfis zərgər işini birləşdirir. Smartfon eksklüziv olaraq Caviar-ın Bakıdakı butikində təqdim olunur.




Geri dön