Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Bakının bu əraziləri susuz qalacaq

Bakının bu əraziləri susuz qalacaq


30-05-2017, 11:03. Yazar: Xeberaz



Ceyranbatan-Maştağa sağ magistral su xəttinin Saray qəsəbəsi ərazisindən keçən hissəsində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün 24 saat müddətinə Saray, Novxanı, Goradil, Fatmayı, Mehdiabad, Digah, Maştağa, Pirşağı, Kürdəxanı, Bilgəh, Nardaran, Ramana, Bakıxanov və Sabunçu qəsəbələrinin, həmçinin bağ massivlərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə "Azərsu" ASC xəbər verir.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.



Geri dön