Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > Şəkidə güclü leysan yollara ziyan vurdu - VİDEO

Şəkidə güclü leysan yollara ziyan vurdu - VİDEO


29-05-2017, 17:04. Yazar: Xeberaz
Şəkidə güclü leysan yollara ziyan vurdu
Şəkidə küləklə müşahidə olunan yağış, daha sonra doluya çevrilib.
Təbii fəlakət nəticəsində yolları su basıb və küçələrdən axan sel suları avtomobillərin hərəkətinə mane olub.

Qısa müddət davam edən sel suları yol təsərrüfatına da ziyan vurub. Yollar daş, qum və çınqılla örtülüb.

Şəki regional hidrometeorologiya mərkəzindən verilən məlumata görə ən çox yağıntı rayonun Kiçik Dəhnə kəndinə düşüb və burada yağıntının miqdarı 38 millimetr olub, bununla belə kənddə heç bir ciddi fəsad qeydə alınmayıb. (arb)




Geri dön