Ana Sayfa > Karusel / Gündəm / M2 > "Koroğlu" Nəqliyyatı Mübadilə Mərkəzi əvvəlki yerinə qaytarılır

"Koroğlu" Nəqliyyatı Mübadilə Mərkəzi əvvəlki yerinə qaytarılır


29-05-2017, 15:05. Yazar: Xeberaz

"Koroğlu" Nəqliyyatı Mübadilə Mərkəzinin əvvəlki yerinə qaytarılması istiqamətində işlər davam etdirilir.
, Bakı Nəqliyyat Agentliyinin (BNA) şöbə müdiri Mais Ağayevin bildirdiyinə görə, hazırda ərazidə avtobusların rahat giriş-çıxışı, eləcə də sərnişinlərin təhlükəsiz hərəkəti üçün zəruri işlər görülür: "Prosesin yaxın bir həftəyə yekunlaşdırılması nəzərdə tutulub".

Qeyd edək ki, "Koroğlu" Nəqliyyatı Mübadilə Mərkəzinə Bakı ətrafı kənd və qəsəbələrdən 29 marşrut xətti üzrə avtobuslar daxil olur.
Xatırladaq ki, "Koroğlu" Nəqliyyatı Mübadilə Mərkəzinin yeri 04.04.2017 tarixində Atletlər kəndinin nəqliyyat əməliyyatları ilə əlaqədar olaraq dəyişdirilmişdi. Məqsəd Oyunlar ərəfəsində və Oyunlar zamanı ətraf kənd və qəsəbələrdən Koroğlu metrostansiyasına, eləcə də əks istiqamətdə hərəkət edən sərnişin avtobuslarının rahat, fasiləsiz ən əsası da təhlükəsiz fəaliyyətini təmin etmək idi.



Geri dön