Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > Bakıda yol polisinin qovduğu maşın qəzaya düşdü: ölən və yaralanan var - VİDEO

Bakıda yol polisinin qovduğu maşın qəzaya düşdü: ölən və yaralanan var - VİDEO


28-05-2017, 18:38. Yazar: Xeberaz


Bakının girəcəyində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Xırdalan-Bakı istiqamətində qeydə alınan qəzaya səbəb yol polisinin "06" markalı maşını qovması olub. 
 
Hadisə nəticəsində "90-EH-176" dövlət nömrə nişanlı  VAZ-2106 markalı maşın tanınmaz hala düşüb, sürücü isə həlak olub. Həmin maşında bir nəfərin də ağır yaralandığı bildirilir.
 
Qeyd edək ki, qəzaya səbəb olan yol polisi "Hyundai Tucson"la sürücünü qovub, hadisə baş verəndən sonra oradan uzaqlaşıb.(qafqazinfo)






Geri dön