Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda ana ola bilməyən qadının DƏHŞƏTLİ SONU - YENİLƏNİB

Azərbaycanda ana ola bilməyən qadının DƏHŞƏTLİ SONU - YENİLƏNİB


28-05-2017, 12:21. Yazar: Xeberaz



Dünən Xaçmaz rayonunun Qobuqırağı kəndində baş vermiş intihar hadisəsinin təfərrüatları məlum olub. Yaşadığı evdə özünü asaraq intihar edən 39 yaşlı Məlahət Qədimovanın uzun illərdir ailə qursa da, övladının olmaması və bu səbəbdən dərin depressiv vəziyyətdə olması üzə çıxıb. Xeyli müddət müalicə olunsa da, ana olmaq arzusuna çata bilməyən 39 yaşlı qadın psixi durumunun pozulması nəticəsində intihar edib.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 
 
 
xxxxx
 
 
Xaçmaz rayonunda intihar hadisəsi olub.
 
Apa-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Qobuqırağı kənd sakini, 39 yaşlı Məlahət Qədimova özünü asaraq intihar edib.
 
İntiharın səbəbləri araşdırılır.
Geri dön