Ana Sayfa > Karusel / Şou-Biznes > Fərda pis vəziyyətdə qaldı: avtobusda tanımadılar

Fərda pis vəziyyətdə qaldı: avtobusda tanımadılar


27-05-2017, 22:47. Yazar: Xeberaz



Yumor ustası Fərda Xudaverdiyev bahalı avtomobilindən enib avtobusa minib.
 "Xəzər Maqazin"in qonağı olan aktyor bu dəfə ictimai nəqliyyatdan istifadə edərək keçmişinə qayıdıb. Fərda ssenarilərini vaxtilə avtobuslarda yazdığını bildirib:
 
"Bütün ssenarilərimi avtobusda yazmışam. Evimizin yanından 2 nömrəli avtobus işləyirdi. Konduktordan başqa bütün işlərdə çalışmışam. Yəni, konduktor işinə düzəltsəydilər, onu da işləyərdim. Düzəltməyiblər, işləməmişəm. Qarpız satan adamam".
F.Xudaverdiyev avtobusda gözləmədiyi vəziyyətlə üzləşib. Sərnişinlərdən birinin Fərdanı tanımaması aktyoru pis vəziyyətdə qoyub. "Sən Bakının harasında yaşayırsan? Səndən avtoqraf alacağam" deyən Fərda vəziyyətdən çıxış yolu kimi "Yəqin yaxşı dərs oxuyur, televizora baxmır, internetlə maraqlanmır" deyib.



Geri dön