Ana Sayfa > Karusel / Gündəm > Yağış, 30 dərəcə isti - Sabahın havası

Yağış, 30 dərəcə isti - Sabahın havası


27-05-2017, 13:13. Yazar: Xeberaz




 
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 
 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə,  gecə  yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 14-17°, gündüz  21-26°, Bakıda gecə  15-17°, gündüz  24-26° isti olacağı gözlənilir.
 
 
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. 
Qərb küləyi arabir güclənəcək.  Havanın temperaturu gecə 13-18°, gündüz  25-30°, dağlarda gecə 7-12°, gündüz 13-18° isti olacağı gözlənilir.  
 





Geri dön