Ana Sayfa > Karusel / Hadisə > Bakıda hotelin şüşəsini təmizləyən iki işçi 7-ci mərtəbədən yıxıldı

Bakıda hotelin şüşəsini təmizləyən iki işçi 7-ci mərtəbədən yıxıldı


27-05-2017, 12:47. Yazar: Xeberaz

Bakıda faciəli hadisə baş verib.
Mayın 26-da Bakı şəhər sakinləri Samir Niftullayev və Nağı Nağıyev Səbail rayonu ərazisindəki otellərdən birinin şüşələrini çöldən təmizləyərkən bərkidici kəndirin qırılması nəticəsində 7-ci mərtəbədən yıxılıblar.
 
Xəstəxanaya yerləşdirilən S.Niftəliyev orada ölüb, digərinin vəziyyəti isə ağırdır.
 
Faktla bağlı araşdırma aparılır.


Geri dön