Ana Sayfa > Karusel / Qadınlar / Maraqlı / M2 > Xəyalların qadını olmaq istəyirsinizsə, əməl edin - TÖVSİYƏ
Xəyalların qadını olmaq istəyirsinizsə, əməl edin - TÖVSİYƏ24-06-2015, 13:13. Yazar: Kenan |
Xeberaz.az xəber verir ki, Xoşunuza gələn kişinin xəyallarındakı qadın olmaq istəyirsizsə, Aile.lent.az-ın bu tövsiyələrinə əməl edin: - Qaçan həmişə qovalanır. - Kişi ilk olaraq özünüzdə kompleks etdiyiniz nəyisə tapmağa çalışacaq. - Özünüzə inansanız və güvənsəniz, kişini də buna inandıra bilərsiz. - Qadın asanlıqla təslim olmayanda, hər yerdə, hər an yumşaq xarakterli bir davranış sərgiləməyəndə onun qəlbini qazanmaq kişi üçün daha maraqlı olacaq. - Qadın özünə olan sevgi və hörmət arasında seçim etmək istərsə, hörməti seçməlidir. Bu, gec, ya tez qarşınızdakı kişidə də sizə qarşı hörmət oyandıracaq. - Kişiyə qarşı özünüzə güvəndiyinizi bəlli edən addımlarla irəliləyin. - Qaydalarınız və həddlərinizin olması özünüzə güvəninizin olduğunu göstərəcək. - Ancaq həyatınızı kişiyə görə şəkilləndirməyiniz bir anda var olan şəxsiyyətinizi silib apara bilər. Halbuki həyata qarşı dimdik duran bir qadın olduğunuza ilk əvvəl özünüz inanmalısız. - Qadın birlikdə olduğu kişiyə rahat nəfəs alması üçün vaxt tanımalıdır. Beləliklə, qarşısındakı kişi qəfəsdəymiş kimi hiss etməz. Hər iki tərəfin də özünə aid şəxsi həyatı və zamanı olmalıdır. - Kişi hər münasibətin dərinliyinə dalmayan bir qadın olmadığınızı anlayarsa, narahatlığınızı yox etmək üçün daha incə davranacaq. - Onunla bərabər olmağa ehtiyacınız olduğunu deyil, xoşlandığınız və gözəl anları çoxaltmaq istədiyiniz üçün yanında olduğunuzu hiss etdirin. - Hər kişi cazibədar hesab etdiyi qadına yaxınlıq duyacaq, sonra münasibət istəyib-istəmədiyinə qərar verəcək. - Bir qadın başqa bir qadınla rəqabətə girərsə. öz dəyərini azaltmış olar. - Buraxın nəzarətin onun əlində olduğunu hiss etsin. Krala bənzəmək istəməsini xoş qarşılayın. - Kişinin xəyallarındakı qadın olsanız, görüşdə hesabı sizin ödəmənizə icazə verməyəcək. - Kişiyə onun güclü olduğunu hiss etdirsəniz, bundan xoşu gələcək. - Onun yanında özünüzü güvəndə hiss etdiyinizi bəlli edin. - Kişilər az və öz danışan qadınları xoşlayırlar. - Siz xoşbəxt olanda o, özünü daha sərbəst və güclü hiss edəcək. Gülümsəyin və yaşanan hər anın dadını çıxarın. - Həmişə şikayət etməniz onun üçün bir zəiflik hesab olunur. - Yanlış hesab etdiyiniz məsələlər haqqında məntiqli şəkildə mübahisə etməyi bacarsanız, sizə hörməti artacaq. - Kişiyə bağlı olmayın, kişinin yanında olun. - Həmişə “bəli”, “yaxşı, necə istəyirsən”, - deyən qadın özündən çox kişiyə inandığını ifadə etmiş olur ki, kişilər də bunu zəiflik hesab edir. - Həqiqətən güclü qadınlar niyə hörmətə ehtiyac duyduqlarını açıqlamazlar. Sadəcə özlərinə hörmət etməyən kişilərlə işləri olmaz! Geri dön |