Ana Sayfa > Karusel / Hadisə > Mingəçevir su anbarında BƏDBƏXT HADİSƏ: ölən var - YENİLƏNİB

Mingəçevir su anbarında BƏDBƏXT HADİSƏ: ölən var - YENİLƏNİB


25-05-2017, 20:00. Yazar: Xeberaz

19:54
Yevlax rayonunun Xanabad kəndində su anbarında çimərkən batdığı ehtimal olunan 1999-cu il təvəllüdlü Bəkirov Aslan Eldəniz oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
 
Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının istinadən verdiyi məlumata görə, əməliyyat saat 18:48-də başa çatıb.
------------
19:06
Mingəçevir su anbarında bir nəfər batıb.
Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir su anbarının, Yevlax rayonu, Xanabad kəndi ərazisində 1 nəfərin batması barədə məlumat daxil olub.
 
Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışlarına başlanılıb.
 
Əlavə məlumat veriləcək.   


Geri dön