Ana Sayfa > Karusel / Şou-Biznes > Əkizlər avtomobillə vurduqları 87 yaşlı babaya toy etmək istəyir

Əkizlər avtomobillə vurduqları 87 yaşlı babaya toy etmək istəyir


24-05-2017, 21:39. Yazar: Xeberaz




Müğənnilər Sevil və Sevinc Səfərovalar “Xəzər TV”də yayımlanan “5-də 5” verilişində qonaq olublar.

Əkizlər bir neçə ay əvvəl avtomobillə vurduqları yaşlı kişidən danışıblar.

Bacılar onun vəziyyətinin yaxşı olduğunu bildiriblər:

“Bu yaxınlarda babamızla birgə verilişə qatılacağıq. Amma bir xanım da axtar, babamızı evləndiririk. Babanın 87 yaşı var. Allah can sağlığı versin. Yeri gəlmişkən, ailələrinə də salam göndəririk. Biz onun nəvələri olduq. Söz veririk, ona qəşəng toy edəcəyik”.

Aparıcı Zaur Kamal isə zarafatyana babanı verilişə gətirəcəyini və ondan bacılar haqda fikrini soruşacağını söyləyib:

“Soruşacağam babadan ki, ona yaxşı görüm-baxım etmisiniz? Görəsən, babanı xəstəxanadan necə yola salmısınız? Məni avtomobil vursaydı, yıxılıb ölərdim. Amma babaya, maşallah”.






Geri dön