Ana Sayfa > Karusel / Şou-Biznes > Aparıcı Şəhriyar: "Saçıma dən düşməyi məni sevindirir"

Aparıcı Şəhriyar: "Saçıma dən düşməyi məni sevindirir"


22-05-2017, 18:54. Yazar: Xeberaz



Aparıcı Şəhriyar Əbilov yeniliklərindən söz açıb.

O,yeni çəkiləcəyi serialdan danışıb:

""Xəzər" televiziyasında yayımlanacaq. Orada əkiz qardaşı oynayacağam. Maraqlı iş gəlir. Ətraflı məlumat tezliklə mətbuata veriləcək".

Son vaxtlar tez-tez imicinizi dəyişən aparıcı saçlarının tez bir zamanda ağarmasını istədiyini söyləyib:

"Çoxdan istəyirdim ki, saqqalım ağarsın. Xarici ulduzlar var ki, cavan oğlandır, amma saqqalı, saçı ağarıb. Çox maraqlı obrazdır, fərqlilikdir, o zaman sən seçilirsən, yaddaqalan olursan. Saçıma dən düşməyi məni sevindirir. Müsəlman xına qoya bilər. "Mən klounam" filmi üçün saçımı sarı rəngə boyamışdım. Aktyor nəyisə qurban verməlidir. Saç boyayan kişilərə pis baxmıram"./big.az
Geri dön