Ana Sayfa > Karusel / Gündəm / M2 > Sarı zolaq sabah açılır? - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Sarı zolaq sabah açılır? - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB


22-05-2017, 18:12. Yazar: Xeberaz

17:50
IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar paytaxtın bəzi küçə və yollarında tətbiq olunan məhdudiyyət müddətlərininlərin bitməsi ilə bağlı Baş DYP İdarəsi sürücülərə müraciət edib.
Idarədən  verilən məlumata görə, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar şəhərin bəzi küçə və yollarında sarı xətlərlə xüsusi "Oyun zolaqları" çəkilmişdi ki, həmin zolaqlarla may ayının 5-dən 25-dək operativ və oyunlara cəlb edilmiş avtomobillər istisna olmaqla digər nəqliyyat vasitələrinin hərəkəti qadağan olunmuşdu.
Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi sürücülərin diqqətinə çatdırır ki, Bakı şəhərində nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədi ilə may ayının 23-ü saat 12:00-dan sarı xətlərlə nişanlanmış xüsusi zolaqlarda hərəkətə tətbiq olunmuş məhdudiyyətlər ləğv olunur.
------------
13:19
Bu gün IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi olsa da, sarı zolaq qadağası mayın 25-nə kimi davam edəcək. 
Bu zolaqda yalnız oyunların keçirilməsi ilə bağlı təşkilat komitəsinin təyin etdiyi və xüsusi işarələnmiş avtomobillər hərəkət edə bilər.
Qaydanı pozan sürücülər 40 manat cərimə olunur.


Geri dön