Ana Sayfa > Karusel / Gündəm / Təhsil > Abituriyentlərin qeydiyyatı başa çatır

Abituriyentlərin qeydiyyatı başa çatır


22-05-2017, 12:29. Yazar: Xeberaz



Bu gün yayda keçiriləcək qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır.

Xəbəraz.az apa-ya istinadə xəbərinə görə, qeydiyyat prosesi bu gün saat 23:59-da başa çatacaq. 
Bu gün saat 10:00-dək yayda keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün I-IV ixtisas qrupları üzrə 57693 abituriyent (52361-i Azərbaycan, 5332-si Rus bölməsi üzrə) qeydiyyatdan keçib. Onlardan 21738-i I, 16694-üII, 15063-ü II, 4198-i isə IV ixtisas qruplarını seçib. Müəyyən olunmuş müddətdə elektron ərizələrini təsdiq etməyən (etdirməyən) abituriyentlər imtahana buraxılmayacaqlar.
Elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının birincisində iştirak etmək istədiyini qeyd etmiş abituriyentlər ikinci imtahanda da iştirak etmək istədikləri halda mayın 22-dək DİM-in saytının “Abituriyentin elektron ərizəsi” səhifəsində qeydiyyatdan keçməlidirlər. Bundan əlavə, təsdiq olunmuş elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV, V ixtisas qruplarına və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) aid üç bənddən birini və ya ikisini seçən abituriyentlərə digər bənd(lər)i də seçməyə icazə verilir.
16 mart – 11 aprel tarixlərində elektron ərizə qəbulunda iştirak etməyən abituriyentlər də (həm cari, həm də əvvəlki illərin məzunları) qeyd olunan tarixədək ərizələrini doldurub təsdiq etməklə (və ya DİM və onun Regional Bölmələrində yaradılmış SQK-da təsdiq etdirməklə) ali təhsil müəssisələrinin I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə təqdim edə bilərlər.
Geri dön