Ana Sayfa > Karusel / Hadisə > Daşkəsəndə ağır qəza — Ölənlər var

Daşkəsəndə ağır qəza — Ölənlər var


22-05-2017, 12:24. Yazar: Xeberaz



Daşkəsən rayonu, Quşçu kəndi ərazisində “QAZel” markalı yük avtomobilinin “VAZ” markalı minik avtomobilinə çırpılması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Xəbəraz.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, dərhal Nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq qəza nəticəsində körpüdən çaya düşən iki nəfər sürücünü və 1949-cu il təvəllüdlü Bəxtiyar Salman oğlu Uğurluyevin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 00:49-da başa çatıb.
Geri dön