Ana Sayfa > Karusel / Hadisə > Salyanda əlil maşını qəzaya uğradı — YARALILAR VAR

Salyanda əlil maşını qəzaya uğradı — YARALILAR VAR


21-05-2017, 14:57. Yazar: Xeberaz


Salyan şəhərinin mərkəzində 2-ci qrup Qarabağ əlili, Qaradağ rayonunun Ələt qəsəbə sakini 46 yaşlı Şahsuvarov Elçin Abasət oğlunun idarə etdiyi "Naz-Lifan" markalı əlil avtomobili taksi fəaliyyəti ilə məşğul olan VAZ-21015 markalı, Salyan rayonunun Xocalı kənd sakini 45 yaşlı İsmayılov Müşfiq Ramiz oğlunun idarə etdiyi avtomaşınla toqquşub.


Qəza nəticəsində "Naz-Lifan"ın sərnişini, Cəlilabad rayon sakini, 31 yaşlı Hökməliyev İqbal Əlizadə oğlu, sürücüsü Elçin Şahsuvarov və VAZ-21015-in sürücüsü Müşfiq İsmayılov aşağı ətrafların və bel nahiyələrinin əzilməsi diaqnozu ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsondə araşdırmalara başlanılıb.
Geri dön