Ana Sayfa > Karusel / Şou-Biznes > Ebru: “Yaxşı ki onunla evlənmişəm”

Ebru: “Yaxşı ki onunla evlənmişəm”


21-05-2017, 14:50. Yazar: Xeberaz
Ebru: “Yaxşı ki onunla evlənmişəm”

İş adamı Necat Gülsevənlə ailəli olan müğənni Ebru Yaşar müsahibə verib. 

Məlumatına görə, ifaçı “Hürriyet”ə müsahibəsində həyat yoldaşı ilə evlilik tarixçəsindən danışıb: 

“Necatla dostlarımız vasitəsilə tanış olmuşuq. İlk görüşdə bir-birimizdən elektrik almadıq. Nə mən ona, nə də o mənə başqa gözlə baxdı. Məndə çox yaxşı təəssürat oyatdı.  Nəcib olduğuna görə çox sevdim. “Nə gözəl kirpikləri var” dedim. Ad günümdə mənə mesaj yazdı. Sonra bir neçə dəfə görüşdük və münasibətimiz başladı. 6 ay sevgili olduq, sonra evləndik”. 

Ebru Necatla evlənməyindən peşman olmadığını da deyib: 

“Evlilik təklifi almadım. Əslində romantik biridir, bunu niyə eləmədi, bilmirəm. Münasibətimiz üzə çıxmasın deyə bir müddət mübarizə apardım. Kənardan baxanda həyat yoldaşını evdən çölə buraxmayan adam kimi görünür. Amma əksinədir. Yaxşı ki onunla evlənmişəm. Dünyaya 10 dəfə gəlsəm, 10 dəfə də Necatla evlənərəm. Yaxşı ki yanılıb başqasıyla evlənməmişəm”.
Geri dön