Ana Sayfa > Karusel / Maraqlı / M2 > Niyə 365 gün?

Niyə 365 gün?


21-05-2017, 13:18. Yazar: Xeberaz


Yuli Sezar təqvimdəki qarışıqlıqları həll etməsi üçün Misirli astronomiya alimi Sosigenesi yanına çağırtdırır. O vaxtlar 1 ilin 365 gün 6 saat davam etdiyi bilinirdi. Sosigenes də qarışıqlığı belə həll edir: Hər il 365 GÜN davam edəcək. Hər ildən 6 saat artacaq. Artan saatlar 4 ildə bir təqvimə əlavə olunacaq və O İl 365 + 24 SAAT = 366 GÜN OLACAQ. 366 gün 12 bərabər hissəyə bölünmədiyi üçün 6 ay 30 gün, digər 6 ay 31 gün davam edəcək. Yaxşı 365 gün çəkən illərdə aylara görə bölgü necə olacaq?
Sezar əmr verir: 365 gün çəkən illərdə ӘN SON AYDAN 1 gün azaldılsın. O vaxtlar yeni il mart ayından başlayırdı, yəni fevral ilin son ayı idi. Beləcə fevral ayı, 4 ildə bir 30 gün, digər illərdə 29 gün olur. Sezar bununla da kifayətlənməyib aylardan birinə öz adını verir: JULIUS, yəni JULY. Sonradan imperator olan Augustus, Sezardan dala qalmayıb və sonrakı aya öz adını verir: AUGUSTUS, yəni Avqust. Ancaq Julius Sezar ayı 31 gün ikən, Augustusun ayı 30 gün olar? O da əmr verir: İlin son ayından 1 gün daha azaldılsın, mənim ayım da 31 gün olsun. Yazıq fevral 1 gün daha azaldılır və avqusta əlavə olunur. O gündən bəri fevral ayı, 4 ildə bir 29 gün, digər illərdə 28 gün olur. Sezar ayı iyul və Augustusun ayı avqust da ardıcıllıqla 31 gün davam edir.
(Seyidakber Asgarov)
Geri dön