Ana Sayfa > Karusel / İdman > "Barselona", yoxsa "Real"? - La Liqada çempion bəlli olur

"Barselona", yoxsa "Real"? - La Liqada çempion bəlli olur


21-05-2017, 11:53. Yazar: Xeberaz


Bu gün İspaniya La Liqasında mövsümə yekun vurulacaq.
Çempion komandanın adına da son turda aydınlıq gələcək.
Lider "Real" səfərdə "Malaqa"nın qonağı olacaq. Madrid klubundan 3 xal geridə olan "Barselona" isə "Eybar"ı qəbul edəcək. 
Göründüyü kimi, "Real"ın çempionluq şansı daha çoxdur. Zinəddin Zidanın komandasına 1 xal da kifayətdir.
"Barselona" isə yalnız "Eybar"a qalib gələcəyi və "Real"ın uduzacağı halda mövsümün qalibi ola bilər.
Qeyd edək ki, artıq "Atletiko" üçüncü yeri özü üçün təmin edib.
21 may
İspaniya La Liqası, 38-ci tur
18:45 "Atletiko" - "Atletik"
18:45 "Selta" - "Real Sosyedad"
18:45 "Valensiya" - "Vilyarreal"
22:00 "Barselona" - "Eybar"
22:00 "Malaqa" - "Real"
Geri dön