Ana Sayfa > Karusel / İdman > “Qarabağ” İlqar Qurbanovla yollarını ayırdı

“Qarabağ” İlqar Qurbanovla yollarını ayırdı


20-05-2017, 17:47. Yazar: Xeberaz

“Qarabağ”dan ayrılan daha bir futbolçunun adına aydınlıq gəlib.Məlumatına görə, müdafiəçi İlqar Qurbanov yola salınıb.

Onunla yeni müqavilə imzalamağa ehtiyac duymayan rəhbərlik futbolçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb. Bununla da Boyan Şaranov və Vüqar Nadirovdan sonra İlqar Qurbanov komandadan gedən 3-cü oyunçu olub.
 
Qeyd edək ki, 2011-ci ildən “Qarabağ”ın şərəfini qoruyan İlqar Qurbanov bu müddətdə 144 oyunda iştirak edib, 6 qolla yadda qalıb.


Geri dön