Ana Sayfa > Karusel / Siyasət > Oqtay Əsədov Türkiyəyə gedir

Oqtay Əsədov Türkiyəyə gedir


20-05-2017, 14:32. Yazar: Xeberaz
Oqtay Əsədov Türkiyəyə gedir

Milli Məclisin sədri Oqtay Əsədov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak etmək üçün mayın 21-dən 23-dək Türkiyənin İstanbul şəhərində işgüzar səfərdə olacaq.
Tədbirdə təşkilatın əhatə etdiyi Qara dəniz regionunda bugünkü vəziyyət, terrorizmə qarşı mübarizə, quruma üzv ölkələr arasında əməkdaşlığın dərinləşməsi və gələcək inkişaf perspektivləri barədə müzakirələr aparılacaq.
Səfər çərçivəsində Oqtay Əsədovun toplantıda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulur.
Geri dön