Ana Sayfa > Karusel / Hadisə > Kanalizasiya quyusunda partlayış - 2 yaralı

Kanalizasiya quyusunda partlayış - 2 yaralı


19-05-2017, 20:12. Yazar: Xeberaz
Kanalizasiya quyusunda partlayış

Bərdə şəhərində, kanalizasiya quyusunda partlayış baş verib.Hadisə Ədalət Ədilov küçəsi, ev 34 ünvanında qeydə alınıb.
Həmin ünvandakı həyətin kanalizasiya quyusunda baş verən partlayış nəticəsində 1984-cü il təvəllüdlü Nüşabə Naibova və 40 yaşlı Niyaməddin Qarayev müxtəlif bədən xəsarətləri alaraq Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan onun vəziyyətinin orta ağır olduğunu bildiriblər.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Geri dön