Ana Sayfa > Karusel / Siyasət / Gündəm / Dünya > İranın yeni yeni prezidenti kim olacaq? - Ruhani, yoxsa...?

İranın yeni yeni prezidenti kim olacaq? - Ruhani, yoxsa...?


19-05-2017, 19:46. Yazar: Xeberaz
İranın yeni yeni prezidenti kim olacaq?

İranda bu gün prezident seçkiləri keçirilir.
6 namizəd İran prezidenti olmaq uğrunda seçkilərdə mübarizə aparacaq. 50 faizindən artıq səs yığan namizəd seçkilərdə qalib gələcək.
“Həsən Ruhaninin yenidən prezident seçiləcəyi, əslində şübhə doğurmur”.
Bu sözləri açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu bildirib. Onun sözlərinə görə, hazırda İranın daxili auditoriyasında islahatçıların reytinqi daha çoxdur və faktiki olaraq Ruhani, bir islahatçı lider imicini öz üzərində möhkəmlətməkdədir:
“Bu səbəbdən də, digər namizədlərin onunla müqayisədə daha şanslı olduğunu söyləmək olmaz. Başqa bir səbəb, üsulçuların - mühafizəkarların daha ciddi namizədlə seçkiyə qatılmamalarıdır. Xatırlayırsınızsa, Əhmədinecat öz namizədliyini irəli sürsə də, qeydə alınmadı. Bunun özü, ali ruhani sistemin də əslində qeyri-rəsmi olaraq Ruhaniyə "stavka" etdiklərinin göstəricisidir.
Güney Azərbaycanla bağlı da münasibət konkretdir.
Güney Azərbaycana münasibətdə müəyyən yumuşalmaların şahidi ola bilərik. Hətta, müəyyən haqq və hüquqların tanınması istiqamətində müəyyən addımlar atıla bilər. Lakin bu daha çox preventiv, qabaqlayıcı xarakter daşıyacaq. Çünki məqsəd güneyli soydaşlarımızın narazılıqlarını mümkün olduğu qədər yumuşalmaqdır”.
Qeyd edək ki, İran prezidentliyinə 6 namizəd qeydə alınıb: Mostafa Ağa Mirsəlim, İshaq Cahangiri, Həsən Ruhani, İbrahim Raisi, Mokammed Baker Qalibaf və Mostafa Haşemi Taba.
(metbuat.az)
Geri dön