Ana Sayfa > Karusel / Hadisə > MARAQLI OLAY: Oğurladığı pulları və zinət əşyalarını oğurladılar

MARAQLI OLAY: Oğurladığı pulları və zinət əşyalarını oğurladılar


19-05-2017, 13:55. Yazar: Xeberaz


 Şirvanda 20 yaşlı gənc evdən qızıl-zinət əşyaları oğurlayıb.
 
apa-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü İsmayılov Coşqun Rövşən oğlu şəhər sakininin evindən 1500 manat dəyərində qızıl-zinət əşyaları və 750 manat dəyərində noutbuk, ümumilikdə 2250 manat dəyərində oğurluq edib. Şirvan Polis Şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində C. İsmayılov şübhəli şəxs qismində saxlanılaraq barəsində şəhər Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
 
Müəyyənləşdirilib ki, C. İsmayılov oğurladığı qızıl-zinət əşyalarını gizlətdiyi zaman onu görən tanışı, 1995-ci il təvəllüdlü Röyal Məhərrəməli oğlu Xələfov sonradan birincidən xəbərsiz qızıl-zinət əşyalarını götürərək əlbir olduğu tanışları - 2000-ci il təvəllüdlü Gündüz Elxan oğlu Mirzəyev, 2000-ci il təvəllüdlü Əlizamin Əlövsət oğlu İsmayılov və 1993-cü il təvəllüdlü Əsgər Tərlan oğlu Məmmədovla birlikdə lombarda qoyaraq əldə olunan pulu aralarında bölüb. Şirvan polisi tərəfindən bu şəxslər də istintaqa cəlb edilib.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Geri dön