Ana Sayfa > Karusel / Maraqlı / Fotogalereya > Xanımları “Barselona”nın ulduzlarını kölgədə qoydular - FOTO

Xanımları “Barselona”nın ulduzlarını kölgədə qoydular - FOTO


19-05-2017, 13:30. Yazar: Xeberaz

"Barselona"nın futbolçuları Lionel Messi ilə Luis Suares meydanda olduğu kimi, ondan kənarda da möhkəm dostdurlar.
Cənubi amerikalıların sevgililəri də mehriban rəfiqə olmaları ilə İspaniya KİV-nin gündəmindən düşmürlər.
Messinin nişanlısı Antonella Rokkuzzo, həmçinin Luis Suareslə sabiq "Barselona"lı Sesk Fabreqasın həyat yoldaşı Sofia Balbi və Daniella Simen artıq iş həyatına atılıblar. Futbolçuların xanımları Barselonada şərikli ayaqqabı mağazası açıblar. Həmin mağazanın açılışında Messi, Luares və Fabreqas da onları yalnız buraxmayıb.
 
Açılış zamanı futbolçuları əhatəyə alan fanatlar onlardan avtoqraf götürüblər. Ancaq dəbli geyimlə tədbirə xüsusi gözəllik qatan Rokkuzzo, Balbi və Simen ulduz futbolçulardan heç də az diqqət cəlb etməyib, hətta onları kölgədə qoyublar.


Geri dön