Ana Sayfa > Karusel / Gündəm > Astara gömrük keçid məntəqəsində iş vaxtı artırılacaq

Astara gömrük keçid məntəqəsində iş vaxtı artırılacaq


18-05-2017, 19:03. Yazar: Xeberaz


Astara gömrük keçid məntəqəsində iş vaxtı artırılacaq.
 
apa-nın cənub bürosuna bu barədə Astara Gömrük İdarəsinin rəisi Mirmahmud Miratayev məlumat verib.
 
Onun sözlərinə görə, gömrük keçid məntəqəsində gediş-gəlişin daha rahat təşkil olunması məqsədilə iş vaxtının uzadılması istiqamətində işlər görülür: “Hazırda gömrük işçiləri nahar fasiləsi olmadan çalışırlar. Zərurət yarandığı halda, qarşı tərəflə danışıqlar aparılaraq iş vaxtı da uzadılır”.
Geri dön