Ana Sayfa > Karusel / Dünya / Maraqlı > Ölmək üçün 5 min avro: Ödəyənlər rahatlıqla ölə biləcək

Ölmək üçün 5 min avro: Ödəyənlər rahatlıqla ölə biləcək


18-05-2017, 16:28. Yazar: Xeberaz

Rusiya vətəndaşlarına olduqca ilginc turist səfərləri təklif edilir.
İsveçrəyə tur səfərlərinin təşkili ilə məşğul olan "Meqapolis kurort" təşkilatı bu ölkəyə evtanaziya məqsədilə səfərlər hazırlayır.
Artıq şirkət sənədlərini rəsmi qeydiyyat üçün dövlət qurumlarına təqdim edib. Turun məqsədi ilkin mərhələdə evtanaziyaya icazə verilən ölkə ilə tanışlıq məqsədi daşıyır.
5 min avroya başa gələn tur paketinə sənədlərin hazırlanması, bilet, həkim xidmətləri və bir neçə günlük yaşama xidmətləri daxildir. Şirkət rəhbəri Anatoli Aronovun sözlərinə görə, artıq İsveçrədəki klinikalardan biri ilə danışıqlar aparılır və müqavilə bağlanması mümkündür. Bu klinika evtanaziya həyata keçirir.
Qeyd edək ki, Avropada evtanaziyadan yararlanmaq istəyən şəxslər İsveçrə və Belçikaya üz tutur. Ola bilsin ki, artıq ruslar arasında da könüllü ölümü seçənlər olub.

İndi isə şirkət ölmək istəyənlər üçün bu şəraitin rəsmən yaradılması üçün çalışır.


Geri dön